AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva: Bayden-Putin arasında "kim daha qatil" mübahisəsi - Suriyadakı real görüntü

  • + A
  • - A
  • 2-04-2021, 09:18


    Politoloq Ülkər Piriyeva - "Bayden-Putin arasında "kim daha qatil" mübahisəsi - Suriyadakı həqiqi görüntü"

    Rusiya Dövlət Başçısı Vladimir Putin, ABŞ Prezidenti Joe Baydenin qatil ifadəsinə qarşılıq olaraq özünün uşaqlıqda istifadə etdiyi ifadəni - "insanlara qoyduğunuz adların sizin üçün ən uyğun olduğunu" söyləməsi ilə cavab vermişdi.
    Putin, Rusiyanın kanal 24-də eyni zamanda, "qatil" ittihamına cavabında, Baydenə Sağlıqlı olsun, zarafat etmirəm. Ona can sağlığı diləyirəm, demişdi.
    Rus lideri eyni zamanda, Amerikanın müstəmləkə tarixini Baydenə xatırlatmağa davam edərək o dövr ABŞ-ın düşmənə qarşı nüvə silahı istifadə edən yeganə ölkə olduğunu ifadə etmişdi.
    ABŞ prezidenti Joe Bayden, ABC News-a verdiyi müsahibədə Rusiya liderinin "qatil" olduğunu düşündüyünü söyləmişdi.


    Bu mənada Bayden ilə Putin arasındakı qatil kimdir mübahisəsi maraqlı mərhələlərə keçdi. Əslində, Rusiyanın Vaşinqtondakı səfirinin məsləhətləşməyə çağırılması, diplomatiyanı pozmazdan əvvəl əlaqələrin boşaldılması demək idi.
    Bayden Putini seçkilərə müdaxilədə günahlandırmasına baxmayaraq, Putinin "Güzgüyə baxın insanlara qoyduğunuz adların sizin üçün ən uyğun olduğunu" kimi ifadələri bir də Suriya üzərindən araşdırılmalıdır. Bu cür müzakirələr sayəsində Rusiya üçün yenidən supergüc olaraq yol açılması, bununla yanaşı, ABŞ-ın Avropadakı bazasının gücləndirilməsi ayrı bir məsələdir. Bu baxımdan yanaşdığımızda, Baydenlə Putinin əsas hədəfi olmasa da, iki ölkə dairələri arasında qatil anlayışıyla inkişaf edən sözlü döyüş taktikası qlobal siyasət baxımından səmərəli oldu.
    ABŞ və Rusiya kəşfiyyatı yüz minlərlə qatildən hansına dair kifayət qədər məlumata sahibdir. Hər ikisi də müsəlman ölkələrində yayılan qan gölünün baş memarlarıdır. Avropa və digər qlobal güclərin, habelə Papalıq kimi aktyorların bu qırğına verdiyi töhfə ayrı mövzulardır.
    Suriyadakı daxili savaşlardakı fəlakətlər zəncirindən yalnız terror təşkilatlarının məsul olduğunu görmək və göstərmək onları rahat şəkildə davam etdirməyin ən qısa yoludur. Belə bir coğrafiyada hər bir terror təşkilatının maliyyələşdiricisi, dəstəkçisi və sponsoru olan İran, İngiltərə, Fransa, Çin və digər dövlətləri, xüsusən ABŞ və Rusiyanı görmək və həqiqi hədəflərini düzgün tədqiq etmək lazımdır. Bəli bu mənada hər birinin fərqli hesablamaları var. Lakin, çox vaxt özləri də bilmədən kiçik olanlar şahların piyadası halında iştirak edirlər, bu qurma oyunlarda. Elə bu mənada kiçik dövlətlər həmişə şərtləri nəzərə alaraq qərar verir, böyüklərsə, yetkinlik yaşına çatmayanlar üçün istədikləri qərarı verməkləri yolunda lazımi şərait yaradırlar. Bu dövr ərzində səhmdarları son dərəcə mürəkkəb əlaqələrlə böyük güclərə yüksələn terror təşkilatları isə hər daim istifadəyə hazır son dərəcə faydalı alətlərdir.
    Adı çəkilən dövlətlərin 10 illərdir alt müqaviləli təşkilatlar tərəfindən hansının on minlərin qatili, həmçinin mümkün Suriya daxili savaşının mövzusudur həm də. Hər kəsin gözü qarşısında terror dəstələri ilə dövlətlər arasındakı baş verən əlaqələr də qorxulu nisbətlərdədir. Gizli əlaqələrin detalları üçün hələ neçə onilliklər gözlədəcəklər, Allah bilir. Digər tərəfdən bilinən əlaqələr bir neçə addımdan sonra onsuzda açılmaz düyünlərə çevrilir. Elə ABŞ raketləri ilə öldürülən İran generalı Qasım Süleymaninin, CİA ilə əməkdaşlıq halında Hələbi məhv edərək on minlərlə sünni müsəlmanın qatili olması kimi. Təəssüf ki, əvvəllər Əfqanıstanda, Yəməndə etdikləri kimi.
    2021-ci ilin əvvəlinə qədər İraq və Suriyanın dağıntıları ABŞ və Rusiyanın və bəzi dövlətlərin istədiyi nəticələrdir. Digər tərəfdən Rusiya, Şərqi Aralıq dənizinin mühüm dəniz və hava bazalarına sahib oldu. Şərqi Türküstandan saxta terror təşkilatları göndərən Çin, məhv edilmiş şəhərlərin inşasından özünə pay almaq üçün səbirsizliklə gözləyərkən, bölgədə Çin müstəmləkələrinin təməli atılmaqdadır.
    Düşünürəm ki, 2021-ci ildən etibarən Şam diyarı xarabalığa çevrilmiş olsa da, bunun inşa edilməsi, yaralarını sağaltmaq üçün Türkiyə ilə iş birliyi siyasətin, ağlın, geopolitik gerçəkliklərin əsas tələbidir. Kimin daha çox qatil olduğunu müzakirə edərkən Suriyadakı qırğınlara yenidən baxılmalı, qatillər üçün yer daraldılmalı və məhv edilmə yolları nəzərdən keçirilməlidir..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR