AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yoluxanların sayı bu gün də artdı

  • + A
  • - A
  • 2-04-2021, 17:41


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 266 322 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3 617 nəfər vəfat edib, aktiv xəstə sayı 22 898 nəfərdir.

    Ölkədə son sutka ərzində 13 127, hazırkı dövrədək isə 2 901 160 test aparılıb.

    Xatırladaq ki, dünən ölkədə 2 248 nəfər koronavirusa yoluxmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR