AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada bu əcnəbilərə müvəqqəti yaşamaq icazəsi verilməyəcək

  • + A
  • - A
  • 2-04-2021, 22:00


    Fransa Senatı ölkədə yaşayan və “respublikanın prinsiplərinə açıq şəkildə qarşı çıxan” əcnəbilərə müvəqqəti yaşamaq icazəsi verilməməsi və ya yenilənməməsi ilə bağlı maddənin “separatçı” qanun layihəsinə əlavə edilməsinə qərar verib.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Senatda “separatçı” layihənin müzakirəsi davam edərkən, Mərkəz Sağ Respublikaçılar Partiyası layihəyə yeni bir maddənin əlavə olunmasını təklif edib.

    Senatorlar maddənin layihəyə artırılmasını qəbul edib.

    Maddəyə görə, ölkədə yaşayan və “respublikanın prinsiplərinə açıq şəkildə qarşı çıxan” əcnəbilərə müvəqqəti yaşamaq icazəsi verilməyəcək və ya yenilənməyəcək.

    Sözügedən maddənin qüvvəyə minməsi üçün Parlamentin də təsdiqi lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR