AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yas mərasimi keçirənlər polisə aparıldı

  • + A
  • - A
  • 3-04-2021, 19:40

    Yas mərasimi keçirənlər polisə aparıldı

    Bu gün Goranboyun Qaradağlı kəndində yas mərasiminin keçirildiyi müəyyənləşdirilib.

    AzadMedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib.

    RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib.

    Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR