AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Goranboyda kafedə əməliyyat: Sahibi və müştərilər polisə aparıldı

  • + A
  • - A
  • 16-08-2020, 15:00

    Goranboyda kafedə əməliyyat: Sahibi və müştərilər polisə aparıldı

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon polis şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

    Bu barədə AzadMedia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

    Məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

    Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq rayon polis şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR