Bakıda toy mərasiminə görə restoranın inzibatçısı 4 min manat cərimələndi Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.
Bu barədə Azadmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.
Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.
Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.