AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qılıncoynadanımız dünya birinciliyində medal qazanıb

  • + A
  • - A
  • 4-04-2021, 21:55


    Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.

    Azərbaycan Qılıncoynatma Federasiyasından AzadMedia.az-a verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.

    Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokş (15:8) ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib. Zərifə Hüseynova finalın bir addımlığında dünya birinciliyinin qalibi ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.

    Bu Azərbaycanın qılıncoynatma tarixində sablya üzrə yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR