Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri general-mayor Arşak Karapetyan baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsindən azad edilib.
Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
Arşak Karapetyan 2016-cı ilin aprelində baş vermiş döyüş əməliyyatlarından sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. 2018-ci ilin 17 dekabrında Nikol Paşinyan onu özünə müşavir təyin edib. Erməni mətbuatı onun 1 mart 2008-ci il hadisələri ilə bağlı ifadə verməyə razılaşdığı üçün vəzifəyə gətirildiyini yazmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.