AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Niyə rus sülhməramlıları minaya düşmürlər?!” – “İpin ucu” göründü

  • + A
  • - A
  • 13-04-2021, 08:57



    İkinci Qarabağ müharibəsi sona çatsa da, hələ də həllini tapmayan bir çox məsələ var. Məlumdur ki, müharibədən bir neçə ay keçməsinə rəğmən, Ermənistan minalı ərazilərin xəritəsini verməyib.

    Əslində qarşı tərəfin nə üçün belə addım atdığı məlumdur. Qısası, ermənilər hər zamankı kimi öz xislətlərinə uyğun davranaraq, “suyu bulandırmağa” çalışırlar. Məğlubiyyətini həzm edə bilməyən düşmən hər vəchlə mövcud prosesləri ləngidir.

    Təbii ki, ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi növbəti məkrli planın xəbərçisidir. Rəsmi İrəvan elə düşünür ki, minalanmış ərazilərin xəritələrini verməməklə işğaldan azad edilən Qarabağda yenidən işğala cəhd edə biləcək. Maraqlıdır, Azərbaycan tərəfi belə olan halda nə etməlidir?

    Siyasi elmləri doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a açıqlamasında bildirib ki, bütün müharibələrdən sonra əraziləri minalayan tərəf, qalib olan dövlətə həmin xəritəni verməlidir:

    “Ermənilər, tank, piyada və desant əleyhinə minalardan istifadə ediblər. Separatçılara qalsa, onlar xəritəni verərlər. Amma Rusiya buna icazə vermir. Çünki Rusiya Qarabağda istədiyini əldə edə bilməyib.

    Rus sülhməramlıları bölgədə ancaq üçtərəfli bəyanatın əsasında yerləşdirilib. Lakin onlar istəyirlər ki, Azərbaycan hərbi doktorinasında və qanunvericiliyində dəyişiklik olsun.

    Çünki qanunvericiyliyimizə görə, ərazimizdə hansısa ölkənin hərbi bazası ola bilməz. Rusiya isə bu qanunu dəyişdirməyə çalışır. Bu müddət ərzində rus sülhməramlılarından kimsə minaya düşməyib. Məsələn, Xankəndini minalamayıblar, lakin Ağdərə başdan-ayağa minalı ərazidir.

    Ağdərənin həmin ərazilərində rus sülhməramlıları ilə bərabər ermənilər də “özünümüdafiə” adı ilə hərəkət edirlər. İki gün öncə Rusiyanın Müdafiə naziri Azərbaycana daha bir mesaj verdi: Guya rus sülhməramlıları gün ərzində hektarlarla sahəni təmizləyir və yüzlərlə minanı zərərsizləşdiriblər.

    Əvvəla, rus sülhməramlılarının mina təmizləyənləri 30 nəfərdir. Gün ərzində 30 nəfərin təmizləyə biləcəyi ərazi ancaq kvadrat metrlərlə ölçülə bilər, hektarlarla yox. Deməli, həmin xəritələr rusların əlindədir və özlərinə lazım olan əraziləri təmizləyir.Eyni zamanda Azərbyacana mesaj verirlər- yəni ki, xəritə məndədir.

    İkincisi, ermənilər Laçın, Kəlbəcər və Ağdamı boşaltmaq üçün 10 gün vaxt istəmişdilər. O zaman hara gəldi mina basdırıblar. Ona görə də 2-3 mərtəbəli minalanmış sahələr var”.

    Analitik qeyd edib ki, ərazilərin təmizlənməsi üçün başqa dövlətlərdən də kömək gəlir, Azərbaycanın kifayət qədər texnikası var. Ona görə də bu durum Rusiyaya sərf etmir:

    “Ruslar gözləyirdilər ki, Azərbaycan bunun üçün 10 illərlə vaxt sərf edəcək. Lakin yaxın bir neçə il ərzində dövlətimiz həmin əraziləri minalardan təmizləyəcək.

    Dövlətimiz minaların təmizlənməsinə dair hüquqi cəhətdən mümkün olan hər şeyi edir. Cənab Prezident hər çıxışında bu məsələyə toxunur. Səfirliklərimiz və xaricdə olan diasporumuz da bununla bağlı çox işlər görürlər.

    Görünən odur ki, hazırda Rusiya siyasi cəhətdən küncə qısılıb. Nə vaxt ki, Ukrayna müharibə edəcək, bununla da Rusiyanın sonu gələcək, çox uzaqda deyil. Bu yay Rusiya üçün çox “isti” keçəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR