Azadmedia.az xarici mətbuara istinadən xəbər verir ki, Rusiyanın "Rostselmaş" şirkəti 2021-ci ildə Azərbaycana 80-dən çox qoşqu və asma texnikası tədarük edəcək. Bu məhsulun 60 faizi artıq yola salınıb.
Assosiasiyanın məlumatında qeyd olunur ki, Azərbaycanda şirkətin kombaynlarına və TUKAN çeşidləyici maşınlarına tələbat var:
"2020-ci ildə şirkət Azərbaycana taxıl emalı və yemhazırlama maşınları tədarük edib. Azərbaycanlı tərəfdaşlarımız bu texnika ilə yanaşı, "SH Rostselmaş" səpin komplekslərinə də maraq göstərib".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.