ABŞ rəsmiləri Rusiya ilə müharibə olacağı təqdirdə bir sıra silahların Ukraynaya verilməsi ilə bağlı plan hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” nəşri yazıb.
Nəşrin məlumatına görə, Bayden administrasiyasının əməkdaşları Rusiya hücumu baş verəcəyi təqdirdə Ukraynaya hərbi yardım göstərilməsini müzakirə edirlər. Sözügedən plan hələlik təsdiqlənməsi üçün Baydenə təqdim olunmayıb.
Bundan başqa, administrasiya Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.