AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan Mədəniyyəti” sosial platformasının təşkilatçılığı ilə “Şərqin Muğam Sədası” festivalı keçirilib

  • + A
  • - A
  • 22-04-2021, 21:29


    Əvvəlcə festival aparacıları ”Azərbaycan Mədəniyyəti” sosial platforması haqqında məlumat verərək bildirdi ki, artıq 4 ildir Nicat Müslümovun rəhbərliyi ilə “Azərbaycan Mədəniyyəti” platforması mədəniyyət incilərimizin, korifeylərimizin, ustadlarmızın, sənətkarlarımızın tanıtımı və təbliğində böyük uğurlar qazanmışdır. Məqsəd isə həm yerli gənclərə,həm də ölkədən kənarda yaşayan həmvətənlilərimizlə yanaşı əcnəbilərə də Azərbaycan muğamını, mədəniyyətini, incəsənətini sevdirmək və tanıtmaq olmuşdur.

    Bugün də Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizə,incəsənətimizə xususilə muğam sənətinə olan gayğısı danılmazdır.

    AzadMedia.az xəbər verir ki, Festival ifaçıların mahnıları ilə davam edib.

    Ülkər Orucova – Getmə, getmə, gəl
    Nərmin Mirzəyeva- Qarabağ şikəstəsi
    Türkan Səfərova – Qarabağ mahnısı
    Günel İsgəndorava- Yaşa Azərbaycan
    mahnlların ifa ediblər.
    Festivalın media koordinatoru
    Nigar İmaməliyeva çıxış edərək, “Azərbaycan Mədəniyyəti” platformasına muğam ilə əlaqədar belə festivalın həyata keçirilməsinə görə təşəkkürünü bildirərək, muğamımızın, mədəniyyətimizin təbliği yolunda uğurlar arzuladı.

    Festivalın çox dəyərli,hörmətli qonaqlarından biri də Sağlam qidalanma üzrə mütəxəssis,
    Azərbaycan Türkiyə Qida təhlükəsizlik ictmai birliyin sədri Məhsəti xanım Hüseynova idi.
    Bundan başqa Türkiyədə Bengü Türk Tv’de yayınlanan Azərbaycan Rüzgarı programının müəllifi və aparıcısı, ictimai fəal Səidə Ömər də festivalın fəxri qonaqları arasında idi.
    Digər fəxri qonaqlarımız içərisində hər zaman həm sosialda,həm siyasi müstəvidə öz sözünü demiş ictimai siyasi fəal jurnalistlərdən azxəbər saytının təsisçilərindən Efsələddin Ağalarov və Hacıbəy Heydərli,Yeni Çağ Media Qrupunun direktoru Aqil Ələsgər və İslahatçı Gənclər İctimai Birliyinin sədri eyni zamanda editor.azın baş redaktoru Farid Şahbazlı və “Azərbaycan Mədəniyyəti ” platformasının media rəhbəri Fidan Oruc Əliyeva da istirak edirdi.
    Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova da festivala qatılan qonaqlar arasında idi.

    “Şərqin Muğam Sədası” adlı beynəlxalq festivalda bir neçe ölkələrdən əcnəbi vətəndaşlar, çox dəyərli qonaqlar və dəyərli jurnalistlər də iştirak edib.
    Çexiyadan olan fəxri qonaq Sabina xanım Vankova Azərbaycan musiqisinə, muğamla sevgisini ifadə edərək, layihə rəhbərinə təşəkkürünü bildirdi.
    Növbəti fəxri qonaq isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari xanım Fətəliyeva oldu. Mirvari xanım da platforma rəhbəri Nicat bəyə təşəbbüsə görə minnətdarlığını bildirərək, “Şərqin Muğam Sədası” festivalının təşkil olunmasını yüksək qiymətləndirdiyini bildirdi.
    Qeyd edək ki, festival iki dildə- Azərbaycan və İngilis dillərində təşkil olunmuşdi. “Şərqin Muğam Sədası” festivalında Türkiyədən, Pakistandan,Amerikadan və digər xarici ölkələrdən dəvətlilər qoşulmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR