AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya İtaliya diplomatını ölkədən çıxarır

  • + A
  • - A
  • 26-04-2021, 15:22


    Rəsmi Moskva Romanın hərəkətlərinə cavab olaraq, İtaliyanın diplomatik nümayəndəliyinin işçisini ölkədən çıxarır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

    “İtaliyanın Moskvadakı səfiri Paskuale Terraççano Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və orada müdafiə attaşesi köməkçisi, Rusiyanın İtaliyadakı səfirliyinin hərbi-dəniz attaşesi Kurçio Paçifiçinin “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı bir nota verilib”,- deyə açıqlamada qeyd olunub.

    Diplomat Rusiya ərazisini gün sonuna qədər tərk etməlidir.

    Xarici İşlər Nazirliyi, eyni zamanda italyan səlahiyyətlilərin hərəkətlərini düşmənçi və əsassız adlandırıb. Öz növbəsində, rəsmi Roma da Moskvanın qərarını ədalətsiz adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR