Azadmedia.az xəbər verir ki, "Beynəlxalq hüquq baxımından ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi "soyqırımı" ifadəsi heç bir praktiki təsirə malik deyil" deyə, Türkiyənin sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış deyib.
Onun sözlərinə görə, bu mövuzunu əhatə edən əsas vasitə Soyqırımların qarşısının alınmasına dair 1948-ci il Konvensiyasıdır.
Bu konvensiyaya əsasən, soyqırımı cinayətinin törədilməsini müəyyənləşdirən iki qurum mövcuddur: səlahiyyətli beynəlxalq cinayət məhkəməsi və soyqırımı cinayətinin törədildiyi ölkənin məhkəməsi: "1915-ci il hadisələri ilə bağlı iş beynəlxalq məhkəməyə verilə bilməz, belə ki, konvensiya özündən əvvəlki hadisələrə tətbiq oluna bilməz".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.