AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TBMM sədri: “Ermənistanın işğalçı olması beynəlxalq hüquq tərəfindən müəyyən edilmiş həqiqətdir”

  • + A
  • - A
  • 28-04-2021, 16:10



    Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Türkmənistan parlamentinin təşkil etdiyi “Beynəlxalq sülh və etimadı artırmaqda parlamentarilərin rolu” adlı iclasda çıxış edib.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    “Türkiyə Ermənistanın istər Azərbaycana qarşı, istərsə də regional olaraq təhdid, risk yaradan, məsuliyyətsiz davranan bir dövlət olduğu qənaətindədir. Ermənistanın Azərbaycan torpaqlarında işğalçı olduğu beynəlxalq hüquq, beynəlxalq hüququn təsis etdiyi qurumlar tərəfindən müəyyən edilmiş bir həqiqətdir”, - deyə M.Şəntop bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR