Türkiyə heç bir dövlətin haqqını qəsb etmir.
AzadMedia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
O bildirib ki, Türkiyə Şərqi Aralıq dənizi bölgəsində öz haqqını beynəlxalq qanunlar çərçivəsində qorumaqda qərarlıdır:
“Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmayan ölkələrin bölgəyə hücum çəkdiyini görürük. Bu ölkələr öz məqsədləri üçün bölgə xalqlarının maraqlarını qəsb etmək niyyətindədir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.