Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə "Twitter"də 3 milyon baxış sayını keçib.
85 mindən çox insan tərəfindən bəyənilən paylaşıma 3 minə qədər şərh gəlib. 33 minə qədər insan isə videonu öz profilində paylaşıb.
Qeyd edək ki, təkcə 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın müsahibə verib. Prezident bütün müsahibələrində Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını, ədaləti müdafiə etdiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Bu baxımdan, Prezident İlham Əliyevin 3 milyondan çox izlənilən müsahibəsinin xüsusi əhəmiyyəti var. İndiyə qədər Azərbaycanla bağlı heç bir müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.