Ötən gün dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.
Mərasim xalq şairinin yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.
Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.