AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda 200 ədəd yeni ağac əkildi

  • + A
  • - A
  • 10-05-2021, 10:44



    Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə növbəti iməcilik təşkil edilib.

    Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri iştirak ediblər.

    İməciliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 200 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkildi.

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə keçirilən iməcilik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

    İməcilikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

    Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR