Azadmedia.az xəbər verir ki, Avstriyanın Təl-Əvivdəki səfirliyinin binasına raket atılıb.
Beləki, bu barədə Avstriyanın İsraildəki səfiri Hanna Liko Tvitter səhifəsində yazıb.
“Avstriya səfirliyinin Ramat-Qandakı binasının yaxınlığında bir az əvvəl raket partladı. Xoşbəxtlikdən hamımız təhlükəsizlikdəyik. Bunu təcili olaraq dayandırmaq lazımdır”, - səfir bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında İsrail bayraqları qaldırılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.