AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail HƏMAS-ın “Cəbaliya” batalyonu komandirinin evinə zərbə endirdi

  • + A
  • - A
  • 16-05-2021, 14:30


    İsrail qırıcı təyyarəsi HƏMAS-ın “Cəbaliya” batalyonu komandirinin evinə zərbə endirib.

    Azadmedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidməti məlumat verib.

    “Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcısı terror təşkilatı HƏMAS-ın “Cəbaliya” batalyon komandirinin terror infrastrukturu kimi xidmət edən evini vurdu”, - deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, İsrail ilə Fələstinin Qəzza zolağı arasındakı vəziyyət 10 may axşamı kəskinləşib. Eskalasiyanın başlanğıcından bəri Qəzza zolağından İsrail ərazisinə 2,9 min raket atılıb, onlardan 1150-si ələ keçirilib.

    Son məlumata görə, raket zərbələri nəticəsində İsraildə 8 mülki və 1 hərbçi həlak olub. İsrailin cavab hücumları nəticəsində ölən fələstinlilərin sayı isə 174-ə çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR