Xəbər verdiyimiz kimi, bu gün “Kapital Bank”ın filial müdiri Mahir Sultanov intihar edib.
Unikal.org-un məlumatına görə, mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib.
Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub.
Xatırladaq ki, 1981-ci il təvəllüdlü M. Sultanov mayın 17-də saat 07 radələrində yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürüb. O, "Kapital Bank”ın Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.