"Hal-hazırda səhhətimdə müəyyən problemlər var, möhkəm soyuqlamışam, qızdırmam düşmür. Bu səbəbdən də Şuşada keçirilən Xarıbülbül festivalına gedə bilmədim. Sağ olsunlar, sayıb dəvət etmişdilər, sadəcə mən onlara öncədən bildirmişdim ki, gedə bilməyəcəm"
Bunu Moderator.az-açıqlamasında Xalq artisti Rasim Balayev bildirib. Sənətkar daha sonra əlavə edib.
"Şuşaya getmək mənim çoxdankı arzum idi, lakin alınmadı. Onu da sizə deyim ki, artıq ikinci dəfədir ki, Şuşaya dəvət olunsam da getmək qismət olmur. Bir dəfə də qış ayında gedəndə səfər edəcəkdim, onda da səhhətimə görə qaldım. Mən yalandan söz verib, insanları pis durumda buraxmaqdan qorxduğum üçün imtina etmişdim. Bu böyük məsuliyyətdir. Qarşıdan yay ayları gəlir, inşAllah ki, havalar da düzəlsin, özüm gedəcəm. Sonuncu dəfə Şuşada Cıdır düzündə 1989-cu ildə olmuşam, daha sonra getmədim, bir neçə il sonra qəddar düşmən Şuşanı işğal etdi" deyə xalq artisti bildirdi.
Rasim Balayev Xarıbülbül festivalından da danışıb.
"Festivala gedə bilməsəm də ürəyim orada idi. Çox gözəl təşkil olunmuşdu, çox bəyəndim. Hər şey çox yaxşı idi, bunu sözlə ifadə etmək çətindir. O ki, qaldı orada iştirak edən sənət adamlarına. Hansı sənətçiləri layiq bilmişdilər, onları da çağırmışdılar, Bir növ ürəyimizdən tikan çıxdı, keçən il mayın 8-də ermənilər orada yeyib-içib, kef edirdilər. Paşinyan yallı gedirdi, biz onlara göstərdik ki, yallını necə getmək lazmdır!" deyə Rasim Balayev bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.