Şamaxı rayonunun Quşçu kəndi də Vətən müharibəsində şəhidlər verib. Həmin şəhidlərdən biri də, Yasər Bəkirovdur. Şəhid ailəsinin yaşadığı küçənin yolları yararsız vəziyyətdə olduğundan Şamaxı rayonu 19 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi tərəfindən küçədə lazımi hamarlama işi aparılıb, çınqıl döşənib. Həmçinin şəhid ailəsinin yaşadığı evin qarşısına asfalt örtüyü vurulub. 19 saylı Yol İstismar İdarəsinin əməkdaşı Daşqın Mahmudovun sözlərinə görə, “Vətən müharibəsində şəhid olmuş Bəkirov Yasər Əfqan oğlunun vaxtilə yaşadığı küçəyə, evinin önünə, eyni zamanda yaşamış olduğu evin həyətinə asfalt örtüyü vurmuşuq.” Şəhidin atası Əfqan Bəkirov və həmin ünvanın sakinləri 19 saylı Yol İstismar İdarəsinə və eyni zamanda dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıya görə təşəkkürlərini bildirib.