AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kövrələn buludlar...” teatr səhnəsində

  • + A
  • - A
  • 21-05-2021, 09:43


    “AzadMedia.Az” saytının Cənub regional bürosunun rəhbəri Rəmzi Şahverdiyev bildirir ki, bu gün Masallı Xalq Teatrının səhnəsində tanınmış yazıçı - jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik döyür qapını, igidim dur, qapını aç!” essesinin mötivləri əsasında hazırlanmış “Kövrələn buludlar...” adlı virtual tamaşa-kompozisiyası canlı nümayiş olunub. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elmir Akifzadənin əziz xatirəsinə həsr olunan tamaşaya çoxillik səhnə təcrübəsi olan teatrın baş rejissoru Cəmaləddin Əliyev quruluş verib.

    Xatırladaq ki, Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən və və zəngin repertuara malik olan Xalq teatrı saytımızda tez-tez oxunaqlı yazıları ilə çıxış edən müəllifin hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı “Şəhidlər anası” əsəri əsasında hazırladığı tamaşanı ötən ilin mayında onlayn izləyicilərinə canlı təqdim etmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR