AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Agentlikdən “Jurnalist Evi” MMC-nin balansında olan mənzillərlə bağlı açıqlama

  • + A
  • - A
  • 21-05-2021, 21:20



    "Son dövrlər “Jurnalist Evi” MMC-nin balansında olan mənzillərin özəlləşdirilməsi ilə bağlı mediada müxtəlif mülahizələr irəli sürülməkdədir. Bu məsələ ilə bağlı bildirmək istərdik ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə daxil olmuş müraciətlərlə əlaqədar aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb".

    "Azadmedia.az" xəbər verir ki, bu barədə APA-ya Medianın İnkişafı Agentliyindən məlumat verilib.

    Bildirlib ki, müzakirələrin nəticələrinə əsasən müəyyən edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin mənzillərə dair dövlət reyestrindən çıxarış almaq üçün müvafiq dövlət rüsumu ödənilməli və tələb olunan sənədlərlə birlikdə aidiyyəti orqana müraciət edilməlidir. Bu prosedurla bağlı qanunvericilikdə hər hansı istisna nəzərdə tutulmayıb.

    Əlavə olaraq qeyd edilib ki, “Jurnalist Evi” MMC-nin sakinlərinin böyük əksəriyyəti qanunvericiliklə təsbit olunmuş proseduru yerinə yetirməklə heç bir problem yaşamadan mənzillərinə çıxarış alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR