AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Tap Qaraqoyunludakı “Son zəng”dən FOTO paylaşdı - YEBİLƏNİB

  • + A
  • - A
  • 14-06-2021, 12:12


    "Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız “Son zəng”i Qələbə sevinci ilə yola salırlar".

    Bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə bildirib.

    Təhsil naziri Emin Əmrullayev bu gün Goranboy rayonunda keçiriləcək “Son zəng” tədbirində iştirak edəcək.

    Emin Əmrullayev müharibə müddətində ən çox zərər çəkən məktəblərdən biri olan rayonun Tap Qaraqoyunlu kənd məktəbində keçiriləcək “Son zəng” tədbirinə qatılacaq.

    Nazirliyin sözçüsü Cəsarət Valehov saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, tədbir saat 11-də başlayacaq.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR