AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Dövlət Sirkinin yeni milli truppasının ilk çıxışı təqdim olunub

  • + A
  • - A
  • 15-06-2021, 13:00


    Azadmedia.az xəbər verir ki, bu il yaranmasının 75 illiyini qeyd edən Bakı Dövlət Sirki yenidən təşkil olunan milli truppası ilə iyunun 12-də paytaxtdakı Zabitlər bağında konsert proqramı ilə çıxış edib.

    Milli truppanın çıxışlarını Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib. Orkestrin repertuarında Azərbaycan və xarici musiqilərin sintezinə üstünlük verilib.

    Milli truppanın ilk çıxışı 75 il öncə nümayiş olunan “Azərbaycan toyu” tamaşasının yubileyinə həsr edilib. Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilib.

    Ümumilikdə 30 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfərlik yaradıcı heyəti iştirak edib.

    Proqramın sonunda sirk orkestrinin ifasında “Azərbaycan cəngisi”nin cazla sintezi səsləndirilib.

    Xatırladaq ki, 1946-cı il iyunun 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası – “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşa nümayiş olunub. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm olub. Tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış ediblər.

    Bundan sonra 12 iyun tarixi Bakı Dövlət Sirki üçün növbəti əlamətdar hadisə – mədəniyyət ocağının 4-cü dəfə formalaşdırılan milli truppasının ilk çıxışı ilə yadda qalacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR