Futbol üzrə Avropa çempionatında dördüncü oyun gününə yekun vurulub.
Azadmedia.az xəbər verir ki, gecənin son qarşılaşmasında İspaniya yığması İsveçlə üz-üzə gəlib.
Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, Avro-2020-də yeganə qolsuz matç olub.
Qeyd edək ki, günün digər matçlarında Şotlandiya Çexiyaya 2-0, Polşa isə Slovakiyaya 2-1 məğlub olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.