AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa Bəyanatı - Qarabağda verilən mesajın əhəmiyyəti – Politoloq Ülkər Piriyeva

  • + A
  • - A
  • 23-06-2021, 08:55


    Politoloq Ülkər Piriyeva, Azadmedia.az-a açıqlamasında “Şuşa Bəyanatı” və bununla Qarabağda verilən mesajın əhəmiyyəti barədə danışdı.

    Şübhəsiz ki, 2020-ci ilin ən mühüm hadisəsi işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi əməliyyatı idi.
    Qarabağın simvolu olan Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan müqavilə təkcə Ermənistana deyil, Cənubi Qafqaz planları olan bütün güclərə bir mesaj idi.
    Məhz, Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakını erməni və bolşevik dəstələrindən xilas etdiyini xatırlayaq...
    1918-ci ilin payızında Azərbaycan xalqı türk qardaşları ilə birlikdə böyük bir tarixi hadisənin coşğusunu yaşamışdı..
    Elə II Qarabağ müharibəsi ərəfəsində də, sanki yeni bir 15 sentyabr ruhu yaşayırdıq. Çünki meydanda tək deyildik. Hesab edirəm ki, Cənab Erdoğanın Şuşaya səfəri eyni ruhun müvəqqəti deyil, əbədi olacağını göstərdi.

    Şuşa Bəyanatı - Qarabağda verilən mesajın əhəmiyyəti – Politoloq Ülkər Piriyeva
    Bəli, Azərbaycanın 44 günlük bir əməliyyatla işğalçı Ermənistanı öz ərazisindən çıxardığı ikinci Qarabağ müharibəsi, yalnız iki ölkə arasındakı müharibənin deyil, həm də Qafqazın geosiyasi vəziyyətində yeni bir mərhələ oldu.
    Beləliklə, Qafqazın keçmişi ilə gələcəyi arasında köklü bir dəyişiklik baş verdi. Regional güc dəyişikliyi və Qafqazdakı yeni geosiyasi reallıq qlobal və regional güclər tərəfindən qəbul edilmiş oldu. Məhz, Dağlıq Qarabağda baş verənlər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Minsk Qrupunun fikrən devrildiyini ABŞ və Fransa da anladı. Beləliklə, demək olar ki, Azərbaycanın qazancı itkilərindən qat-qat çox oldu.
    Türkiyə Prezidenti Cənab Recep Tayyip Erdoğan NATO zirvəsindən sonra Azərbaycana tarixi bir səfər gerçəkləşdirdi - məhz Qarabağa - Şuşaya. Tarixi baxımdan əhəmiyyətli olan bu ziyarətin təfərrüatlarına enmədən əvvəl qeyd etmək lazımdır ki, 24 aprel tarixində Baydenin qondarma soyqırımı qərarına qarşı heç bir cəhd irəli sürülmədi. Ümid edək ki, bu seçim digər ölkələri buna təşviq etməyəcəkdir.
    Şuşa şəhərinin tarixi önəmi nələrdir..
    Şuşanın tarixi önəmi ilk növbədə ondan ibarətdir ki, bu şəhər tarixi abidələrə sahib olduğu və burada bir çox görkəmli elm və mədəniyyət xadimlərinin doğulduğu üçün bizlərə görə bir şəhər olmaqdan daha çox şey deməkdir - “Mədəniyyət Beşiyi”..
    Eyni zamanda, Şuşa tariximizin və mədəniyyətimizin simvollarından biri olmaqla yanaşı bölgədə hakim olduğu coğrafi mövqeyinə və Dağlıq Qarabağın ən böyük şəhəri Xankəndinə gedən yolda yerləşdiyinə görə olduqca strateji əhəmiyyətə malikdir. Bununla yanaşı, Prezident Erdoğanın Qarabağın simvolik şəhəri olan Şuşaya səfəri, Azərbaycanın Qafqazda tək olmadığını və iki ölkənin birlikdə, düşmənə dost olduğunu göstərməsi baxımından simvolik və tarixi xarakter daşıyır.

    Bugünə qədər, cənab Erdoğandan başqa heç bir türk liderinin Qarabağda olmaması nəticə etibarilə bir ilki gerçəkləşdirdi. Xüsusilə də, tarixi səfərin 15 İyun Azərbaycanın Milli Qurtuluş Günündə olması səfərə daha bir önəm verir.

    Cənab Erdoğanın Şuşaya tarixi səfərinin əhəmiyyəti..

    Prezident Ərdoğanın Dağlıq Qarabağa – Şuşaya olan tarixi səfəri Ermənistanı təbii ki, narahat etdi. Hətda Ermənistan Xarici İşlər Nazirliyi açıqlamasında Şuşaya olan birgə səfəri qətiyyətlə qarşı olduqlarını ifadə elədi.
    Beləliklə, cənab Əliyev və cənab Erdoğan arasındakı danışıqlardan sonra, xüsusən Şuşada Dağlıq Qarabağın yenidən qurma layihələri, siyasi və iqtisadi sahədə müqavilələr imzalandı.
    Beləliklə, Qarabağ Zəfəri Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini təmin etdi. Bu nəticədən sonra bir dövlət başçısı ilk dəfə buraya ayaq basdı. Cənab Əliyevin çıxışında qeyd etdiyi kimi, bu qələbə tarixə Azərbaycan ordusunun qəhrəmanlığı və Türkiyə Cümhuriyyətinin hər cür dəstəyi ilə yazılmışdır. Türkiyənin Şuşada üçüncü konsulluğunu açacağı da bu mənada bir ilkdir.
    Şuşada açıqlama vermək Qarabağın təkcə strateji baxımdan deyil, elə mədəni baxımdan da dünyaya əvəzsiz əhəmiyyətini göstərdi. Əsrlər boyu tarixi olan əsərlərin gün üzünə çıxarılması ilə Türkiyə-Azərbaycan və Türk Dünyasında ortaq konsensus məna qazanmış oldu. Unutmayaq ki, 2022 TÜRKSOY tərəfindən Türk Dünyasının paytaxtı elan edildi. Elə beynəlxalq hava limanı kimi inşa edildiyi bilinən Füzuli şəhərindən yeni inşa edilən magistral yolla Şuşaya getməyin özü də Zəngəzur Dəhlizinə verilən həyati əhəmiyyətin göstəricisi idi. Çünki bu dəhliz Azərbaycan torpaqlarını Naxçıvana, dolayısıyla Türkiyəyə uzadacaq xəttin ən açıq başlanğıc nöqtəsi olacaqdır. İmzalanmış Şuşa Bəyannaməsinin mətni, bir əsr sonra Qars müqaviləsinin yuxarıda göstərilən əksidir. 1921-ci ildə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Qars müqaviləsi ilə Türkiyənin şərq sərhədləri müəyyənləşdirildi və Naxçıvan muxtar bölgəyə çevrildi. Ancaq 1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğal edilməsinin səbəblərindən biri də bu müqaviləni tanımamalarıdır. Şuşada imzalanan Bəyannamənin mətnində keçmişdəki işğal və sonrakı hərəkətlərin də bütövlükdə bu baxımdan etibarsız sayılacağı qeyd edilir.

    İki liderin imzaladığı 14 səhifəlik tarixi Şuşa bəyannaməsində iqtisadiyyatdan enerjiyə, təhsildən təhlükəsizliyə qədər çox ölçülü hədəflər diqqət çəkir. Mətnin əsas mövzusunu birbaşa yüksək səviyyəli ittifaq konsepsiyası adı altında bir araya gətirmək mümkündür. Bu ittifaqın qarşılıqlı suverenlik, ərazi bütövlüyü və iki ölkənin daxili işlərinə qarışmamaq prinsipi ilə inkişaf etdirilməsi prinsipi vurğulanır.
    İki ölkə arasında malların sərbəst hərəkəti məqsədinin iqtisadi ölçüdə təqdim edilməsi Türk Dünyasının 92-ci ildəki hədəflərini xatırladır. Hətta iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi olmadan səyahət etmək xaricindəki oxşar vəziyyətinə iqamətgahın da əlavə edilə biləcəyi qeyd edilir. Ən vacib hissə təhlükəsizlik və hərbi ölçülərdə qurulacaq birlikdir. Azərbaycanda ortaq SİHA istehsalının başlanması ciddi bir addımdır.
    Tərəflərdən hər hansı birinin fikrincə, üçüncü bir dövlət və ya dövlətlər müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, toxunulmazlığını və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyini təhdid etdikdə və ya hücum etdikdə, ilk növbədə bir məsləhətləşmə prosesi başlayacaq və zəruri hesab edilərsə, lazımi yardım BMT nizamnaməsi çərçivəsində təmin ediləcəkdir. Bundan əlavə, silahlı qüvvələrin ortaq rəhbərliyi hücumun qarşısını almaq üçün hərəkətə keçəcəkdir. Bunun davamlılığı üçün iki ölkənin Milli Təhlükəsizlik Şuraları vaxtaşırı görüşlər keçirəcəklər.

    Bu mesajın mənası - İki ölkənin - xüsusən Qarabağ torpaqlarına - hər hansı birinin ərazi bütövlüyünə hücum edilməsinə icazə verilməyəcək və bütün lazımi tədbirlər görüləcəkdir. BMT nizamnaməsinin mətnə daxil edilməsi, müvafiq olaraq 51 və 52-ci maddələrdə göstərilən "özünümüdafiə" qaydasının hökm sürəcəyini xüsusi olaraq bildirir. Bununla birlikdə, müvafiq maddələrə görə, tək və ya birgə güc tətbiqi yalnız Təhlükəsizlik Şurası toplanana və qərar qəbul edilənə qədər etibarlıdır. Unutmaq lazım deyil ki, o məclisdə də, məsələyə daxil olan Rusiya, ABŞ və Fransa var.
    Bu baxımdan baxıldığında, bu yanaşma inteqrasiya hədəfinin bir hissəsi olaraq görülsə də, qısa və orta müddətdə bir çəkindirmə və qətiyyət iradəsi olaraq hazırlanmış kimi görünür. Eyni zamanda, 5 illik Qarabağ atəşkəs razılaşmasının maddələrini fasiləsiz işlətmək və geri çəkilməmək qətiyyəti. Naxçıvan dəhlizinin açılışı da bu diskursun əsas nöqtəsidir. Üçüncü ölkələr ifadəsi təkcə Ermənistan deyil, 6 üzvlüyə daxil olan ölkələrə (Ermənistan, Gürcüstan, Rusiya, İran) və hətta burada yer almayan ATƏT-in Minsk Qrupuna da (ABŞ, Fransa) verilən qətiyyət mesajı kimi qəbul edilə bilər. Nəhayət, bu təhlükəsizlik yanaşmasının yaxın gələcəkdə gözlənilə bilməməsinə baxmayaraq, uzun müddət Türk dünyası üçün bir nümunə ola biləcəyini də unutmamalıyıq.

    Belə ki, qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir vətəndaşı tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması, uzunmüddətli sülhün təmin edilməsi yönündə hər iki qardaş ölkənin və liderlərimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir.
    Hesab edirəm ki, bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ölkələrimiz arasında yüksək strateji əlaqələrin inkişafı baxımından da olduqca əhəmiyyətlidir..



    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR