Qara dənizə daxil olan ABŞ-a məxsus “USS Ross” hərbi gəmisinin fəaliyyəti izləməyə götürülüb.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Qara dəniz donanması iyunun 26-da Qara dənizə daxil olan ABŞ donanmasına məxsus “USS Ross” hərbi gəmisinin izlənilməsinə başlayıb”, - açıqlamada bildirilib.
Qeyd edək ki, ABŞ-ın Altıncı Donanması hərbi gəminin Ukraynanın iştirakı ilə keçiriləcək “Sea Breeze” təlimlərinə qatılmaq üçün Qara dənizə daxil olduğunu açıqlayıb.
Bundan əvvəl isə Rusiya Qara dənizdə İngiltərə gəmisinə xəbərdarlıq atəşi açmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.