AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fəxrəddin Altun: “İstər ənənəvi, istər rəqəmsal media olsun, jurnalistikanın yeganə məqsədi “həqiqət”olmalıdır”

  • + A
  • - A
  • 29-06-2021, 19:30


    “İstər ənənəvi, istər rəqəmsal media olsun, jurnalistikanın yeganə məqsədi həqiqətdir və həqiqət olmalıdır. Jurnalistlər hər mühitdə peşələrini “həqiqətin təmsilçiləri” olduqları şüur və həssaslıqla yerinə yetirməlidirlər”.

    Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun rəhbərlik etdiyi qurum tərəfindən onlayn olaraq təşkil edilən internet mediası və jurnalistikası ilə bağlı tədbirdə deyib.

    F.Altun bir çox sahədə ictimaiyyət tərəfindən getdikcə daha çox istifadə olunan internet texnologiyalarının jurnalistikanın da ayrılmaz bir hissəsinə çevrildiyini diqqətə çatdırıb.

    Cəmiyyətin ölkədəki və dünyadakı proseslərlə bağlı doğru və etibarlı xəbərlər əldə etməsinin sağlam bir demokratiya üçün vazgeçilməz olduğunu vurğulayan Altun sözlərinə belə davam edib: “Yəni həqiqətə əsaslanan jurnalistika demokratiyanı gücləndirsə də, təhrif və yalanlara əsaslanan jurnalistika demokratiyaya böyük ziyan vurur. Bu nöqtədə həqiqəti təmsil edən jurnalistlər çox vacib bir məsuliyyəti də çiyinlərinə götürmüş olurlar. Media mənsublarının fərdlərin və cəmiyyətin sağlam, əksiksiz və həqiqətə əsaslanan şəkildə məlumatlandırılması və məlumat almaq hüququnun qorunması üçün kritik bir vəzifə yerinə yetirdiklərinə inanıram”.

    “Digər tərəfdən rəqəmsal imkanların artması ilə manipulyasiya və saxta xəbərlərin asanlıqla yayıla biləcəyinin və bu imkanlardan zərərli məqsədlər üçün istifadə edilə biləcəyinin də şahidi oluruq. Jurnalistika prinsipləri və peşə standartları ilə yanaşı özünə nəzarəti olmayan bir internet jurnalistikası təəssüf ki, həqiqətlərin asanlıqla təhrif oluna biləcəyi və manipulyasiyaedici məzmunların geniş yayıla biləcəyi bir mühit kimi də qarşımıza çıxa bilir. Rəqəmsal mediada məqsədyönlü şəkildə edilən təhriflər, qara təbliğat və yalan məlumatlarla fərdlərin hüquqları və ya qurumların nüfuzu asanlıqla hədəf alına bilir.

    Bill Kovaç və Tom Rosentiyel “Jurnalistikanın elementləri” adlı kitablarında jurnalistikanın ilk vəzifəsinin “həqiqi xəbər” olduğunu vurğulayır və jurnalistlərin sadiq qalacaqları ilk orqanın xalq olduğuna, “məlumatı dəqiqləşdirmə” prinsipinin bu peşənin əsasını təşkil etdiyinə diqqət çəkirlər.

    Beləliklə istər ənənəvi, istər rəqəmsal media olsun, jurnalistikanın yeganə məqsədi həqiqətdir və həqiqət olmalıdır. Jurnalistlər hər mühitdə peşələrini “həqiqətin təmsilçiləri” olduqları şüur və həssaslıqla yerinə yetirməlidirlər”, - deyə o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR