AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarix yazan qalib Ordu

  • + A
  • - A
  • 1-07-2021, 08:00



    Leyla Məmmədova: “Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi”

    “Bu il 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü fərqli ovqatda - qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdik. Sentyabrın 27-dən başlanan, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi”.

    Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. Azərbaycan öz tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda mübarizə apardı. Azərbaycan Ordusunun öz torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatlar, dövlətimizin başçısının da vurğuladığı kimi, məhz sülhə məcburetmə əməliyyatı adlandırıldı”. Bu fikirləri SİA-ya Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri, tanınmış ictimai fəal Leyla Məmmədova deyib.

    Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı Ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Belə ki, Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Lakin bütün bunlara rəğmən, Azərbaycan xalqının qalib Sərkərdəsi - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu: “Təbii ki, nəticədə bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. BMT Təhlükəsizlik Şurasının 27 ildir icra olunmayan qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib Ordu kimi adını həkk etdirdi”.

    Leyla Məmmədova onu da qeyd edib ki, bu zəfər vətənpərvərlik ruhunda yetişən uşaqlarımızın, yeniyetmə və gənclərimizin də qələbə ruhlarına ruh qatdı, mənfur düşmənə verilən layiqli cavab onların Vətən eşqlərini, Vətən bağlılıqlarını daha da artırdı: “Əlbəttə, bu kimi amillər məktəbəqədər təhsil müəssisələrində də də daim nəzərə alınır, uşaqlarımızın milli vətənpərvərlik ruhlarında tərbiyələrinə önəmli stimullar verir. Çünki məltəbəqədər təhsil müəssisələr ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də Vətəninə, millətinə layiq yetişsin. Bu kimi məsələlərdə işğal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli Qəhrəmanlarımızı tanıtmaq, Qarabağı və onun başına gətirilən faciələri uşaqlara çatdırmaq lazımdır. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özünə borc hesab edər. Bizlər də - həm ictimai fəal, həm də təhsil işçiləri olaraq bu faktorları diqqətdə saxlayırıq”, Leyla Məmmədova bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR