Zəngəzur dəhlizi təkcə regionda deyil, həm də onun hüdudlarından kənarda böyük əhəmiyyət daşıyır.
Azadmedia.az-ın məlumatına görə, bunu türkiyəli analitik Kərəm Tuncel deyib.
O bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında yolu azaldacaq.
Onun sözlərinə görə, dəhliz boyunca boru kəməri çəkilsə, Bakı Naxçıvanı təbii qazla təmin edə biləcək:
"Zəngəzur dəhlizi təkcə Azərbaycanla Türkiyəyə deyil, həm də İran və Gürcüstana da fayda verəcək. Bu dəhliz İran və Rusiya, Ermənistan və Azərbaycan arasında əlaqəni təmin edəcək".
Analitik əlavə edib ki, Zəngəzur dəhlizinin bu gün hesab olunduğundan daha çox üstünlükləri ola bilər.