AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BU FAKT QÜRÜRVERİCİDİR VƏ HƏQİQƏTDİR... - Öyünüləsi birincilik...

  • + A
  • - A
  • 10-07-2021, 15:38

    BU FAKT QÜRÜRVERİCİDİR VƏ HƏQİQƏTDİR... - Öyünüləsi birincilik...


    “Europamapas” sorğu mərkəzinin infoqrafikasına görə, Avropa ölkələri arasında Azərbaycan əhalisi vətəni üçün xarici təcavüzə qarşı hər an döyüşməyə hazır xalq kimi ilk sıradadır.

    Təbii ki, bu ciddi məsələdir. Azərbaycanla müqayisədə Gürcüstan və Ukrayna əhalisinin xarici təcavüzə qarşı vuruşmaq istəkləri çox aşağıdır. Ukraynalılar Rusiyaya qarşı vuruşmaq məsələsində ciddi fikir ayrılıqları yaşayırlar.

    Qeyd edək ki, bu sorğu Ermənistanda böyük məyusluq doğurub. Çünki erməni xalqının adı siyahıda heç sonucu da ola bilməyib.

    Bəs azərbaycanlıları bu məsələdə fərqləndirən əsas keyfiyyət nədir? Azərbaycanlı üçün Vətən anlayışı nədən bütün dəyərlərdən, anlayışlardan öndə gəlir? Məlum olduğu kimi, torpaqlarımız 30 il işğal altında qaldı, amma millətimiz bu işğalla barışmadı və fikrən də olsa Qarabağı erməniyə təslim etmədi. Zamanı gəldi, savaş başladıb, torpaqlarını azad etdi.

    Millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

    “Düşünürəm ki, 85 faiz də aşağı rəqəmdir. Bu, 100 faizdir və bunu 44 günlük Vətən müharibəsində gördük. Bütün xalq, millət döyüşməyə hazır idi.

    Adətən belə bir söz deyirlər, “Arxada vətəndir”. Amma azərbaycanlılar üçün arxada təkcə vətən deyil, həm də ana-bacılar var. Azərbaycan xalqının bir vətən, torpaq, bir də ailə namusu var. Bunu yaddan çıxartmasınlar. Yəni hər bir azərbaycanlı öz anasını, bacısını qorumaq üçün ölümə gedər və gedir də. Eyni zamanda müqəddəs torpağı uğrunda da canını fəda edir və biz bütün bunları Vətən müharibəsi dövründə bir daha gördük. Azərbaycanlılar həm də öz əzizlərinin məzarları üçün döyüşürdülər ki, düşmən həmin məzarlıqları təhqir etməsin.

    Lakin siyahıda Türkiyənin niyə 4-cü sırada olmasına təəccübləndim. Çünki Türkiyə xalqı da torpaq, vətən uğrunda hər an canını fəda etməyə hazırdır. Bildiyiniz kimi Çanaqqala döyüşündə Türkiyə minlərlə şəhid verib. Yəni, türk millətləri üçün vətən, torpaq ailə namusu öndə gəlir.

    Bəzi xalqlar var ki, onlar üçün vətən anlayışı o qədər də önəm daşımır. Məsələn, amerikalılar. Bildiyiniz kimi amerikalılar bir çox müharibədə uduzublar və qalib ola bilməyiblər. Çünki onlarda vətən anlayışı yoxdur. Həm də axı onlar öz torpaqları üçün deyil, başqalarının torpaqlarında vuruşurlar, bu da var".

    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd etdi ki, türklər zaman-zaman öz biləyinin gücünə və ağlına söykənərək, dövlət qurub:

    “Türkün heç nəyi olmasa da həmişə dövləti olub. Türk olaraq böyük imperiyalar qurmuşuq və bu imperiyalar işğalçı siyasətdən daha çox orada olan xalqların mədəniyyətinin inkişaf etməsinə, dinlərə hörmətlə yanaşmağa çalışıb, həmçinin öz ərazilərini qorumağı bacarıb.

    İkinci bir tərəfdən türk xalqı olaraq öz torpaqlarımızı qorumaq üçün hər zaman savaşa hazır olmuşuq. Bütün dünya gördü ki, ermənilər işğal etdikləri Kəlbəcərdən çıxarkən evlərini belə yandıraraq çıxırdılar, çünki bilirdilər ki, özlərinin deyil. Lakin biz o torpaqları tərk etmək məcburiyyətində qalanda evlərimizi yandırmamışdıq və bilirdik ki, bu torpaqlar bizimdir, nə vaxtsa geri qayıdacağıq.

    Xatırladım ki, hələ 1989-cu ildə də belə bir sorğu keçiriləndə Azərbaycan xalqına ən mübariz və ən döyüşkən xalq statusu verilmişdi. Biz haqqımızı zaman-zaman zorla almışıq, onu bizə rahat şəkildə verməyiblər. Şimali və Güney Azərbaycanda 4 dəfə dövlət qurmuşuq. Dövlətimiz olmayanda isə qaçaqçılıq hərəkatı yaratmışıq. Biz azadlıqsevər xalqıq. Bitkilər həmişə Günəşə sarı boylanan kimi biz türk xalqı da hər zaman azadlığına boylanan xalqıq.

    Son Vətən müharibəsi də onu göstərdi ki, hər tərəfdən bizə hücum edib, o torpaqları bizə unutdurmağa çalışsalar da ən primitiv silahlarla belə alınmaz Şuşa kimi yeri ala bildik. Ona görə də Azərbaycanın o siyahıda birinci yerdə olması heç də təəccüblü deyil. Biz ruhən də, fiziki mənada da çox güclüyük və hər zaman döyüşə hazırıq".

    “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirdi ki, Azərbaycan xalqının böyük tarixi, kökü var: “Ümumiyyətlə, türk millətinin vətən, torpaq, millət anlayışı çox güclüdür. Yəni, biz fateh bir millətik - yurd üçün savaş verir, qan tökür, şəhid oluruq. Bir millət ki, şəhidliyi ən yüksək mərtəbə hesab edir, ondan möhtəşəm millət yoxdur.

    Bu mənada Azərbaycan xalqının siyahıda birinci siyahıda olmasına heç təəccüblənmədim, əksinə çox qürurlandım. 44 günlük Vətən müharibəsində Azərbaycan gənci torpağı üçün vuruşmağa, ölməyə hazır olduğunu bir daha nümayiş etdirdi və bu dünyaya bir mesaj idi. Bu millət hələ də “Torpaq uğrunda ölən varsa, vətəndir!” deyirsə, onun qarşısında heç kim dayan bilməz. İnanıram ki, min illər boyu vətəni üçün şəhid olanların da ruhu indi şaddır.

    Qarabağ zəfəri bu millətin küllərindən alovlanıb yenidən doğulmasına səbəb oldu".

    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR