AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yüksək səviyyəli səfərlərin təşkilində iştirak edəcəyik” - Ərdoğan

  • + A
  • - A
  • 19-07-2021, 16:24


    “Türkiyə olaraq Şimali Kiprə başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrinin yüksək səviyyəli səfərlərinin təşkilində iştirak edəcəyik”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    R. T. Ərdoğan deyib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatarla təkbətək heyətlərarası görüşü olacaq.

    Şimali Kipr xalqının suverenlik hüququna malik olduğunu vurğulayan R. T. Ərdoğan bildirib ki, Türkiyə Şimali və Cənubi Kiprin bərabər hüquqlarının tanınmasına tərəfdardır.

    Türkiyə Prezidenti E. Tatarla bir çox təsislərin açılışında iştirak edəcəyini bildirib və Kuzey Kipr Parlamentindən yeni müjdəsi olacağını deyib.

    R. T. Ərdoğanla bərabər səfərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və rəsmi böyük heyət də iştirak edir.

    19-20 iyul, iki günlük səfərdə Türkiyə Prezidenti Şimali Kipr Sülh və Müstəqillik Hərəkatının 47-ci ildönümündə iştirak edəcək və müsəlmanların Qurban Bayramını da rada qeyd edəcək.

    Qeyd edək ki, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli də Şimali Kiprdə səfərdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR