Prezident İlham Əliyev Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfirinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
“Azadmedia.az” xəbər verir ki, sərəncama əsasən, Qaley Əliyeviç Allahverdiyev Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
***
Dövlət başçısının digər sərəncamı ilə İrfan Davudov Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Prezident İlham Əliyev Kamil Xasiyevin Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.
***
Ölkə başçısının digər sərəncamına əsasən, Qalib İsrafilov Azərbaycanın Avstriyada, Sloveniyada və Slovakiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.