AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistlərin üçüncü binası ilə bağlı Prezidentə müraciət - “Şəhid ailələrinə verilsin”

  • + A
  • - A
  • 24-07-2021, 16:53


    Bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

    Onlar Prezidentin son müsahibəsində ilin sonunadək üç min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiyini, onların da bu missiyanın həyata keçirilməsində öz həmrəyliklərini nümayiş etdirmək istədiklərini dilə gətiriblər.

    Qeyd olunub ki, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.

    Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır:

    “Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun.

    Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.

    Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik”.

    Müraciəti imzalayıblar:

    1. Mirşahin Ağayev – REAL TV-nin rəhbəri

    2. Qulu Məhərrəmli – BDU-nun professoru

    3. Cahangir Məmmədli – BDU-nun professoru

    4. Emin Musəvi – ASAN Radionun rəhbəri

    5. Vüsalə Mahirqızı - “Azəri-Press” informasiya agentliyinin rəhbəri

    6. Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

    7. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

    8. Yeganə Hacıyeva – bloger

    9. Ədalət Verdiyev – bloger

    10. Əflatun Amaşov – Mətbuat Şurasının sədri

    11. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri

    12. Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi

    13. Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri

    14. Həmid Həmidov - “Global Media Group”un media direktoru

    15. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri

    16. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

    17. Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru

    18. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

    19. Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru

    20. Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri

    21. Azər Xəlilov – ATV-nin rəhbəri

    22. Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

    23. Vüqar Xəlilov – CBC TV-nin rəhbəri

    24. Radik İsmayılov – ARB24 TV-nin rəhbəri

    25. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru

    26. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru

    27. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru

    28. Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri

    29. Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri

    30. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

    31. Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri

    32. Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri

    33. Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri

    34. Xədicə Babayeva - “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri

    35. Maral Zamanova - “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri

    36. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri

    37. Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri

    38. Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyuşçülər" İctimai Birliyinin sədri.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR