AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Babayev İmran Əliheydər oğlu YAP Səbail rayon “Botanik” (AMEA-nın Botanika İnstitutu) ərazi ilk partiya təşkilatının sədri

  • + A
  • - A
  • 27-07-2021, 11:30


    Prezident İlham Əliyev: “Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib”

    Son 18 ildə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, strateji əhəmiyyətə malik layihələrin reallaşdırılması respublikada iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Bu müddətdə reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
    Ölkə başçısı cənab İlham Əliyevin bölgələrə vaxtaşırı səfərləri zamanı müxtəlif təyinatlı infrastruktur obyektləri, yeni müəssisələr istifadəyə verilib. Ölkə rəhbəri bölgələrə səfərləri çərçivəsində əmək kollektivləri, ictimaiyyət nümayəndələri ilə də görüşür, insanların sosial problemləri ilə dərindən maraqlanır, üzləşilən çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verir və icrasını nəzarətdə saxlayır.
    Dövlət başçısının bu gün qarşıya qoyduğu əsas iqtisadi vəzifə özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsidir. Azərbaycanda 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkəmizin ümumi inkişafında önəmli rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli tərəqqisinin təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Bu, cari ilin ilk yarısı üzrə statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, bu ilin 6 ayında ölkədə 39 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri- neft-qaz sektorunda 5,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olub. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 23,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bütün bunlar, respublikamızda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinin, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasının parlaq ifadəsidir.
    Göründüyü kimi, ölkəmiz COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalsa da, Ermənistanın hərbi təxribatlarına cavab olaraq Vətən müharibəsini yaşasa da, Azərbaycan iqtisadiyyatı böhranla üzləşməyib. Əksinə, dinamik inkişafını, dayanıqlılığını qoruyub saxlaya bilib. Buna, ilk növbədə, aparılan düzgün siyasətin, eyni zamanda, yaradılan iqtisadi təməlin mövcudluğu nəticəsində nail olunub.
    44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Bütün bu məsələlər Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyənləşdirilib. Bu prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib. Ölkəmiz həm də region üçün yaxşı gələcək qurmağa hazır olduğunu nümayiş etdirir.
    Prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan Respublikasının yeni iqtisadi rayonlara bölünməsi ölkəmizin həyatında yeni tarixi hadisə kimi həkk olundu. Bu, eyni zamanda, müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs verən bir reallıq kimi də qiymətləndirilir. Beləliklə, Prezidentin sərəncamı iki mühüm amilləri ilə diqqət çəkir. Bu, ilk növbədə vahid Qarabağ iqtisadi rayonunun yaradılmasıdır ki, Azərbaycanın nəhəng tarixi regionunda “dağlıq” ifadəsini kənarlaşdırır. Bundan əlavə, Şərqi-Zəngəzur iqtisadi rayonuna isə beş işğaldan azad edilmiş rayonlarımız daxil olur – Cəbrayıl, Kəlbəcər, Qubadlı və Zəngilan.
    Ermənistan Zəngəzur dəhlizinin yaradılmasına əngəllər yaratmaqla 44 günlük müharibəyə nöqtə qoymuş 10 noyabr 2020-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatı kobudcasına pozur. Bu ölkə hələ də ətraf dünyaya şəxsi ərazi iddiaları gözündə baxır, eyni zamanda ümumi sülhün bərqərar olmasına maneələr törədir. O cümlədən, bənzər yanaşma Ermənistanın özünün nə tarixi, nə də resurs imkanlarının gələcəyinə qarşı baryerlər qoyur ki, üçtərəfli bəyanatın icrasının gecikdirilməsi də həmin məsələləri yenidən gündəmə gətirir. Bu məsələnin Şarl Mişelin Azərbaycana səfəri zamanı müzakirə olunduğunu diqqətə çatdıran Ölkə başçısı qeyd etmişdir ki: “Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.
    Ancaq bütün bunlara baxmayaraq, qalib Bakı qarşısına hədəf qoyub və Zəngəzur dəhlizinin yaradılması istiqamətində qətiyyətli addımlarını atmaqda davam edir. Beləliklə, bu regionda nəninki iqtisadi imkanlar, həm də tarixi həqiqətlər bərpa olunmaq üzrədir. Azərbaycanın Şəqri-Zəngəzur iqtisadi rayonunun yaradılması həm işğaldan azad edilmiş torpaqlarımızın bərpası istiqamətindəki qətiyyəti sübut edir, həm də Zəngəzurun qərb hissəsini – Azərbaycan Respublikasının Naxçıvanla əlaqəsini təmin edir. Məhz bu qərar bizim əsas milli prioritetlərimizdəndir və bunun üçün Azərbaycan dövlətinin bütün resursları hərəkətə keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR