Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə etməsi barədə yanlış məlumat yayılıb.
Bu barədə AZAL-ın açıqlamasında bildirilib.
Məlumatda qeyd olunur ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər ondan istifadə etmir. Aviaşirkət kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırıb.
“AZAL bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”, – deyə vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.