Fransanın “PSJ” klubu ilə müqaviləsini rəsmiləşdirən Lionel Messinin Parisdə təqdimat mərasimi keçirilib. Azadmedia.az xəbər verir ki, mərasimdə Fransa klubunun prezidenti Nasser el-Xelaifi də iştirak edib.
Qeyd edək ki, L. Messi "PSJ" klubunda 30 nömrə altında çıxış edəcək.
“Mən çox sevincliyəm. Hər kəs “Barselona”dan necə getdiyimi bilir. Lakin “PSJ”yə keçdikdən sonra özümü xoşbəxt hiss edirəm. “Barselona”nı tərk etmək həqiqətən ağır idi. Lakin “PSJ”yə qoşulmaqdan məmnunam”, - deyə Messi mətbuat konfransı zamanı deyib.
Messi komanda yoldaşları ilə tanış olmaq və karyerasında yeni mərhələyə başlamaq üçün məşqlərin başlamasını səbirsizliklə gözlədiyini vurğulayıb.
“Çox xoşbəxtəm. Əvvəl olduğu kimi indi də eyni qələbə qazanmaq arzusunu hiss edirəm. Bütün mükafatlar uğrunda mübarizə aparmağa hazırıq. Bu səbəbdən də müqaviləni imzaladım”, - deyə argentinalı ulduz bildirib.
Lionel Messi həmçinin qeyd edib ki, “Barselona” onun gedişi barədə bəyanatı yaydıqdan dərhal sonra “PSJ” klubu çox tez hərəkətə keçib və ciddi danışıqlara başlayıb.