AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Prezident İlham Əliyev xalqın böyük dəstəyini və etimadını qazanan Lider olduğunu bir daha təsdiqlədi

  • + A
  • - A
  • 16-08-2021, 13:41

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Dövlət başçısı İlham Əliyevin  “CNN Türk” televiziya kanalına müsahibəsinin bir daha  ölkə Prezidentinin nə qədər  xalqını dərindən sevən, bütün gücünü Azərbaycanın daha da qüdrətlənməsinə sərf edən,  xalqın  böyük dəstəyini və etimadını qazanan Lider olduğunu təsdiqlədiyini vurğulayıb: “  Cənab İlham Əliyevin son 18 ildə  möhkəm təməl üzərində uğurlu siyasəti nəticəsində Azərbaycan güclü dövlətə çevrildi,  ərazi bütövlüyünü bərpa etdi.  30 ilə yaxın dövrdə  Azərbaycan öz tarixi torpaqlarını qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək üçün  səylər göstərsə də qarşı tərəfin qeyri-konstruktiv mövqeyi, dünyanın ikili siyasəti nəticəsində  hansısa bir nəticə əldə edilmədi.  Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu mandatına uyğun olaraq neytrallığı qorumaq əvəzinə daim işğalçının yanında oldu. Dövlət başçısı İlhanm Əliyev sözügedən müsahibəsində də bu məqama diqqət yönəldərək bildirmişdir ki, 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi.”

      Ə.Salahzadə qeyd edib ki, Prezident İlham Əliyev hələ  44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində “Tarixdə necə qalmaq istərdiniz” sualını cavablandırarkən bildirmişdir ki, əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək.

      Millət vəkili bildirib ki, hər bir vədini konkret əməli ilə təsdiqləyən, Azərbaycana möhtəşəm uğurlar qazandıran, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduraraq yeni səhifə açan,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdıran qalib ölkənin qalib Liderinə  xalqın sevgisi böyükdür: “Artıq ölkəmizin həyatında yeni dövr uğurla davam edir. 9 ayda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq  işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bir daha zamanın rəqibimiz olduğunu diqqətə çatdırdı. Soydaşlarımızın Böyük Qayıdışının  tezliklə həyata keçirilməsi üçün sistemli və çevik addımlar atılmaqdadır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı 12 avqust 2021-ci il tarixli Fərmanları da bunun bariz nümunəsidir. Şəhərsalma işləri ilə bağlı  işin səmərəliliyinin artırılması üçün atılan addımlar təqdir edilir.”

         Ə.Salahzadə günümüzün əsas məsələlərindən olan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində işğalçı dövlətin  biganə münasibətindən, Ermənistanın siyasi-hərbi  rəhbərliyinin  açıqlamalarına diqqəti yönəldərək bildirib ki, Azərbaycan  qarşı tərəfə düşdüyü ağır vəziyyətdən yeganə çıxış yolu olan əməkdaşlığı təklif edir: “Ermənistan hakimiyyəti  bu yolu tutmazsa, ölkəsinin, xalqının nicatından danışa bilməz.  44 günlük Vətən mühribəsindən sonra bu ölkədə yaşananlar göz önündədir. Erməni xalqı  yaranmış yeni reallıqlarla barışır. Ermənistan  hakimiyyəti də bu reallıqlarla barışmalıdır. Ermənistanın sülh müqaviləsini imzalaması üçün  dünyanın gücləri, xüsusilə  10 noyabr Bəyanatının imzalanmasında vasitəçi və iştirakçı olan Rusiya konstruktiv addımlar atmalıdır. Cənab İlham Əliyev sözügedən müsahibədə  gözləntilərdən bəhs edərkən bu məqamlarla  yanaşı, onu da bildirmişdir ki,  Rusiya Ermənistanı silahlandırmasın.  Bu, bizi narahat edir. Müharibə başa çatıb.”

      Millət vəkili, həmçinin Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyini və buna son qoyulması üçün ciddi tədbirlər görülməsinin zəruriliyini də vurğularaq bildirib ki,  Azərbaycan bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir.  Ermənistan bu siyasətinin özü üçün çox ağır nəticələr verəcəyini unutmamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR