Tokio Yay Paralimpiya Oyunlarında Azərbaycan üçün son gündür.
Azadmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, 400 metr məsafəyə qaçışın final mərhələsində Lamiyə Vəliyeva və Yuliya Yanovskaya mübarizə aparıb.
Lamiyə 55 saniyəyə finişə çatmaqla həm doqquz illik Paralimpiya rekordunu qırıb (əvvəl bu rekord 2012-ci ilin sentyabrın 3-dən kubalı Omara Durand Elyasa aid idi – S.M.), həm də özünün ikinci, Azərbaycanın isə 13-cü qızıl medalını qazanıb.
Yuliya Yanovskaya isə səkkiz iştirakçı arasında beşinci olub. O, 57.18 saniyə nəticə göstərib.
Xatırladaq ki, 19 yaşlı Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda da Azərbaycana yeganə gümüş medalı qazandırmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.