AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərnişindaşıma şirkətlərinə xəbərdarlıq

  • + A
  • - A
  • 22-09-2021, 23:30


    Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinə tapşırıq verib.

    Agentlikdən verilən məlumatda bildirilir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara xəbərdarlıq məktubu ünvanlanıb:
    "Yeni tədris ilinin başlanması ilə əlaqədar daşıyıcı şirkətlərin rəhbərləri ilə keçirilən görüşdə də sürücülərin COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasına dair tapşırıqlar verilib".

    Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə göstərilir ki, iş və xidmət sahələrində işçilərdən 1 sentyabr tarixindən COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. COVİD-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR