Millət vəkili Könül Nurullayeva - “Ermənistan öz revanş avantüralarını bir kənara qoyub, konstruktiv mövqe nümayiş etdirməlidir" - Reportaj
“Ermənistan öz revanş avantüralarını bir kənara qoyub, konstruktiv mövqe nümayiş etdirməlidir.”
Bunu Azadmedia.az-a açıqlamasında, Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Könül Nurullayeva deyib.- Ötən il Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan hərbi və siyasi gücünü bütün dünyaya sübut etdi və Rəşadətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyində tarixi bir qələbə qazandı. Zəfər tariximizin yazılmağa başladığı günün 1 ili tamam oldu. Azərbaycan Parlamentinin Millət vəkili olaraq bir il ərzində baş verənlərə münasibətinizi və Azərbaycan xalqının tarixi qələbəsinin 1 ili münasibəti ilə - “Anım Günü” ilə əlaqədar nələri qeyd edərdiniz?Millət vəkilinin sözlərinə görə, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub –“Xalqımız 30 il idi ki, bu tarixi anı gözləyirdi. Bir il əvvəl Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən təxribatlarına qarşı əks-hücum əməliyyatına başladı. Otuz illik işğala 44 gündə son qoyuldu. Vətən Müharibəsinin birinci ildönümündə bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq. Anım günü, ölkəmizdə çox yüksək səviyyədə qeyd olundu. Dövlət başçımızın xalqa müraciəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq yürüş təşkil edildi. Ən əsas məsələ-işğaldan azad olunmuş ərazilərimizdəki məscidlərdə şəhidlərimizin ruruhuna dualar oxundu, ayinlər icra olundu. ”O qeyd edib ki, Bir il əvvəl baş verən müharibə Azərbaycan xalqı üçün, bütövlükdə region üçün həlledici oldu -“Şəhidlərimizin qisası döyüş meydanında alındı. Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasını görmək idi. Yaşından asılı olmayaraq, hər kəs bir amal uğrunda yalnız irəliyə getdi.
Ali Baş Komandan İlham Əliyevin anım günü münasibətilə xalqa müraciətində də söylədiyi kimi – Bizim Vətən Müharibəsində şüarımız belə idi - öldü var, döndü yox! Buna görə biz, “Dəmir yumruq” əməliyyatının bütün mərhələlərini uğurla başa vurduq.
Müharibənin hər bir mərhələsi uğurla şərtlənirdi. Azərbaycan bütün təzyiqlərə rəğmən, bu savaşda təkbaşına mübarizə apardı və qalib gəldi.” Millət vəkili bildirib ki, Bu gün, Azərbaycan Ermənistan rəhbərliyinə şans verir ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın -
"Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün əsas şərtdir."
“Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistanda postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər. Artıq vəziyyət tam fərqlidir. İndiki durum güc nisbətini açıq-aydın göstərir.
Yəni, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb.
Qonşularla münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq Ermənistan üçün faciə ilə nəticələndi. Bu faciədən dərs çıxarmalıdırlar.”- Türkiyə-Azərbaycan iqtisadi əlaqələrində yeni yol xəritəsi artıq aydındır. Hətta bu yaxınlarda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı - "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”, dedi. Qeyd edim ki, xüsusilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının daha da gücləndiyi hər istiqamətdə hiss olunur. Bu qardaşlıq bağlarının daha da möhkəmləndiyi hər iki ölkənin insanları tərəfindən də göz qabağındadır. Həm iqtisadi, həm ticari, həm də hərbi baxımdan baş verən bu hadisələr haqqında fikirlərinizi Azərbaycanın nöqteyi-nəzərindən öyrənə bilərikmi?
- Xüsusilə, bu mövzuda iki ölkənin son zamanlar siyasi mövqelərini qiymətləndirmənizi istərdik.K.Nurullayeva qeyd edib ki, Bu gün Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur – “Vətən müharibəsində, Azərbaycanın haqq işində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. Dövlət başçımızın da söylədiyi kimi, Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu.”
"Bizim Türkiyə ilə birliyimiz, həmrəyliyimiz sözdə deyil, əməldədir."
“Bu ilin iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi isə qardaşlıq münasibətlərinin zirvəsidir. Yeni mərhələdə də, münasibətlərimiz yüksələn xətlə davam edir və bundan sonra da davam edəcək. Yeni mərhələdə Azərbaycan və Türkiyə beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirmək niyyətindədirlər.”“Şuşa bəyannaməsi sülhə və bölgənin təhlükəsizliyinə xidmət edir.”
“Sənəddə əks olunan bütün bəndlər münaqişənin həllindən sonra yaranan reallıqları səmərəli imkanlara çevirməyə və bölgənin rifahını sürətləndirməyə hesablanıb Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu gördü. Bu birlik, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təmin edir. Sülh və təhlükəsizlik istəyən ölkə ilk növbədə Bakı ilə Ankaranın təklif etdiyi əməkdaşlıq platformalarını qəbul etməlidir. Ermənistan öz revanş avantüralarını bir kənara qoyub, konstruktiv mövqe nümayiş etdirməlidir. Çünki Azərbaycan Türkiyə müttəfiqliyinin dərinləşməsi konstruktiv əsaslara söykənir.”Reportajı hazırladı - Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR