AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məlahət İbrahimqızı – “Türk Dünyasının əsas iki lokomotiv dövləti varsa da, o da Azərbaycan və Türkiyədir” - Reportaj

  • + A
  • - A
  • 30-09-2021, 08:38


    “Türk Dünyasının əsas iki lokomotiv dövləti varsa da, o da Azərbaycan və Türkiyədir.”

    Bunu Azadmedia.az-a açıqlamasında, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.


    - Zəfər tariximizin yazılmağa başladığı günün 1ili tamam oldu. Qarabağ Zəfərimizin 1 ili münasibəti - Anım Günü ilə əlaqədar nələri qeyd edərdiniz?
    - Xüsusilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağları daha da möhkəmləndi. Millət vəkili olaraq, iki ölkənin son zamanlardakı siyasi mövqelərini qiymətləndirmənizi istərdik.
    - Şuşa Bəyannaməsi barədə fikirləriniz və Türk dünyasına mesajınız?
    - Qələbəmizi həzm edə bilməyənlərlə, qələbəmizin üstünə kölgə salmaq istəyənlərlə bağlı fikirləriniz?

    Millət vəkilinin sözlərinə görə, Anım günü bir daha dünyaya xalqımızın birliyini, məğlubedilməzliyini və dövlətimizin gücünü və qüdrətini göstərdi –

    “Eyni zamanda, bütün dünyaya xalqımızın əvəzedilməz Lideri olan Müzəffər Ali Baş Komandanımızın yenilməzliyini və əzmkarlığını, xalq iqtidar birliyini göstərmiş oldu. Nəhayət, 27 sentyabr Ümumxalq Şəhidlərin “Anma günü”, Vətən torpağının hər qarışı uğrunda canından və həyatından keçən oğul və qızlarımızın, xüsusilə də, əziz Şəhidlərimizin xalqımızın şərəf və ləyaqət rəmzi olduğunu və onlara sonsuz ehtiramı nümayiş etdirdi.”

    M.İbrahimqızı bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq doğal-təbii bir münasibətdir -

    "Sözsüz ki, bizim dilimiz, dinimiz, tariximiz və mədəniyyətimiz bir olan eyni xalqıq. Ulu Öndərimiz dedi və möhür vuruldu. “Bir millət iki dövlət.”

    "Eyni zamanda, iki dövlət olaraq Qarabağ savaşına qədər də Azərbaycan və Türkiyə arasında münasibətlər ən yüksək səviyyədə idi. Lakin Qarabağ savaşı, Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqliyi ən yüksək zirvəyə çatdırdı. Elə bir zirvə ki, ondan o tərəfə artıq başqa bir müstəvidir. Yəni, dünyada iki belə ölkə yoxdur ki, Azərbaycan və Türkiyə arasındakı münasibət səviyyəsində olsun."


    Millət vəkili onu da əlavə edib ki, Azərbaycan-Türkiyə arasındakı müttəfiqlik haqqında "Şuşa Bəyannaməsi", artıq bu iki qardaş ölkəni əbədiyyən ayrılmaz hala gətirdi –

    “Bəyannaməyə görə, Azərbaycan və Türkiyə dövlət olaraq bir çox sahələrdə, xüsusən də, milli təhlükəsizlik sahəsində vahid siyasət formalaşdıracaqdır. Yəni, Bir millət, iki dövlət” zəruri olduqda, bir dövlət yanaşması və fəaliyyəti ola biləcəkdir. Bəyannamə, hər iki dövlətin bütün sahələrini əhatə edir. Yəni idarəçilikdən, siyasətdən vətəndaş cəmiyyətinə, mədəniyyətə, sosial sahələrə, təhlükəsizlik və müdafiəyə qədər vahid siyasət formalaşdırılacaq. Qısacası, heç bir sahədə boşluq olmayacaqdır. Şuşa Bəyannaməsi, həm də könül coğrafiyamız olan Türk dünyasının daha sürətlə inkişafı və inteqrasiyasında da mühüm rol oynayacaq və sənəd bir sıra öhdəlikləri özündə əks etdirir. Çünki Türk Dünyasının əsas iki lokomotiv dövləti varsa da, o da Azərbaycan və Türkiyədir.”

    O qeyd edib ki, Azərbaycan xalqının, rəşadətli Mili Ordusunun və müzəffər Ali Baş Komandanın qarşısında heç bir düşmən duruş gətirə bilməz -

    "Xalqımız, elə bir möhtəşəm Zəfər əldə etdi ki, bundan sonra Azərbaycan və Türkiyəni sevməyən ölkə və ya təşkilatlar bu Zəfərlə məcburdur ki, barışsın.”

    “Bu Zəfər, həm də Azərbaycan və Türkiyə qardaşlığının rəmzidir.”


    “Və bundan sonra da, bu iki qardaş ölkənin qarşısında bütün düşmənlər aciz olacaqlar. Bu birlik və qardaşlığımız 44 günlük Vətən savaşında bir daha dünyaya bəyan olundu. Təbii ki, həm Türkiyədə, həm də Azərbaycanda hər bir vətəndaş bu birliyin qorunmasında ciddi məsuliyyət daşıyır və bu onun borcudur.”



    Reportajı hazırladı - Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR