AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Hikmət Babaoğlu – “Prezident İlham Əliyev öz fikirləri ilə dünyaya çox açıq və konstruriktiv məsajlar verdi” - Açıqlama

  • + A
  • - A
  • 2-10-2021, 23:39


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

    Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər regionumuzun gələcəyi və postmüharibə dövrünün reallıqları baxımından olduqca aktual və əhəmiyyətli idi.

    Bu fikirləri Azadmedia.az-a açıqlamasında, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Millət vəkili Hikmət Babaoğlu bildirib.


    Millət vəkilinin sözlərinə görə, Hər şeydən öncə ona görə ki, bu yeni reallıqların və onun yaratdığı perespektivlərin müəllifi Azərbaycandır –

    “Elə regionumuzda formalaşacaq yeni strateji konfiqurasiyanın necəliyi də Azərbaycanın davranışlarından asılı olacaq. Ona görə də 44 günlük Zəfər müharibəmizin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib liderdən öyrənilməsi dünyanın aparıcı media qrumları üçün prioritet təşkil edir. Məsələ ondadır ki, hazırda iki mühüm xüsus dünya tərəfindən açıq şəkildə dərk edilir. Bunlardan biri, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti digəri isə, bu gerçəkliyin dünya tərəfindən artıq qəbul edilməsidir. Ona görə də, siyasi proseslərin inkişaf istiqamətlərini təyin edən ölkənin bundan sonrakı prosesləri necə diqtə edəcəyi maraq doğurur.
    Millət vəkili Hikmət Babaoğlu – “Prezident İlham Əliyev öz fikirləri ilə dünyaya çox açıq və konstruriktiv məsajlar verdi” - Açıqlama
    H. Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev isə öz fikirləri ilə dünyaya çox açıq və konstruriktiv məsajlar verdi –

    “Bunlardan birincisi o idi ki, Azərbaycan öz milli maraqları çərçivəsində hər cür dialoqa hazırdır. İkincisi isə Azərbaycanın ərazisində artıq olmayan hansısa uydurma məsələ və problem heç bir halda istənilən danışıqlarda predmet ola bilməz. Hazırda danışıqların və müzakirələrin yeganə mövzusu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, bütün kommunikasiyaların, ən əsası isə Zəngəzur dəhlizinin açılması işinin sürətləndirilməsi ola bilər. Bu istiqamətdə Azərbaycan hər cür konstruktiv yanaşmalara açıqdır və mümkün dialoqa hazırdır. Eyni zamanda, regionun siyasi-iqtisadi inteqrasiyasını, davamlı sülhü və əməkdaşlığı da bu çərçivədə görür.”


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR