Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişib.”
Qardaş Türkiyə lap başlanğıcdan bizə dəstək verdi. Biz II Qarabağ müharibəsinin elə ilk günlərindən verdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyənin rolunu xüsusi qiymətləndiririk. Hazırda, Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.
Aradan bir il keçən II Qarabağ müharibəsinin ildönümündə Azərbaycan Prezidenti Əliyev İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin suallarını cavablandırdı.
Hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla münasibətləri normallaşdırmaq istədiklərini ifadə edən Prezident Əliyev, bu yaxınlarda BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında bir görüş keçirildiyini və bu görüşün müharibənin bitməsindən sonra ilk dəfə olduğunu qeyd etdi.
Əlaqələrin qurulması üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın qurulduğunu deyən Cənab Əliyev Nyu-Yorkda aparılan danışıqların konstruktiv olduğunu bildirdi və biz də gələcəkdə Ermənistanla sülh müqaviləsi üzərində işləməyə hazır olduğumuzu bildirdik, dedi. Bütün bu cəhdlər dəfələrlə edildi və o, sülh müqaviləsi üzərində israr etdiklərini bir daha vurğuladı.
Azərbaycan Prezidenti Qarabağ müharibəsinin başa çatması ilə Paşinyanla danışıqlara hazır olduğunu bildirib və Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Ermənistanın Baş naziri ilə üçtərəfli formatda görüş keçirildiyini xatırladıb. Prezident Əliyev, “Paşinyan nə vaxt hazır olsa, onunla danışmağa hazıram. Danışıqlara açıqam və düşünürəm ki, müharibənin bitməsi və səhifənin bağlanması yaxşı bir əlamət ola bilər. Bu həqiqətən vacibdir. Çünki biz hələ də erməni siyasətində qisas almaq cəhdlərini, gələcəkdə tarixi və beynəlxalq qanunlar əsasında tanınan torpaqlarımızı geri almaq üçün etdikləri planları görürük və eşidirik,” - dedi.
II Qarabağ müharibəsi ilə bölgəni tərk edən azərbaycanlıların geri dönməsindən danışan cənab Əliyev, minaların bir maneə olduğunu və ərazilərin minalardan təmizlənməyincə insanları geri gətirməyəcəklərini söylədi. Prezident eyni zamanda isə, bölgədə dinc əhalinin məskunlaşması üçün yeni şəhərlər və kəndlər qurmağa başladıqlarını və yenidənqurma işlərinə tam 1,3 milyard dollar ayırdıqlarını bildirdi.
Prezident İlham Əliyev bildirib ki, bu yaxınlarda Rusiyanın Soçi şəhərində Putinlə görüşən Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağın gələcəyindən də danışıb. Hər iki ölkənin sabitlik, təhlükəsizlik və inkişafda əhəmiyyətli rola sahib olduğunu ifadə edən Əliyev, “Bildiyiniz kimi, bu yaxınlarda iki ölkənin prezidentləri bir araya gəldilər. Digər məsələlərlə yanaşı, Ermənistan ilə Azərbaycan arasındakı vəziyyəti də müzakirə etdilər. Əlbəttə ki, hər iki ölkənin rolu çox vacibdir. Bunu müsbət, sabitləşdirici rol olaraq hesab edirik. Zənnimcə, yeni regional əməkdaşlığın mahiyyəti budur,” dedi.
Heç şübhəsiz, Türkiyə və Rusiya faktoru təkzibolunmazdır. Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.
Türkiyə-Rusiya münasibətləri bir çox cəhətdən inkişaf edir və iki ölkə ticarət, enerji, müdafiə və turizm kimi sahələrdə bir-birindən asılı vəziyyətə düşür, digər tərəfdən isə iki ölkədə baş verən hadisələrdə Ankara və Moskvanın maraqları toqquşur.
Bu gün, münasibətlər baxımından gələcəyə ümidlə baxmağa imkan verən Türkiyə-Rusiya münasibətlərində yeni dövrün ən əhəmiyyətli xüsusiyyətlərindən biri, əlaqələrdəki problemlərin artdığı vaxtlarda iki ölkə liderinin dərhal və vaxtında müdaxilə etmələidir. Məhz, ötən günlərdə baş tutan Soçi Zirvəsində görüldüyü kimi.
Sözsüz ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər böyük geosiyasi məkanda proseslərin geniş və bütöv mənzərəsini dəyişməkdədir.
Elə həmin məqamların prizmasından baxdığımızda, bu gün, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə-Rusiya münasibətləri geosiyasi olaraq aktuallıq kəsb edir. Bu yöndə Azərbaycan Prezidenti cənab Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun çox səmərəli olması yeni bucaq altında olduqca aydın görünür. II Qarabağ müharibəsində ölkəmizin qələbəsi yalnız hərbi-strateji sfera ilə məhdudlaşmır.
Cənubi Qafqazın geosiyasi mənzərəsi ilə bağlı baş verən proseslər bunu təsdiq edir ki, faktiki olaraq, regional və qlobal geosiyasi proseslərin dinamikası dəyişdi. Təbii ki, dünyanın ən nüfuzlu dövlətləri üçün də məhz bu məqam əhəmiyyətlidir.
Qeyd edim ki, hər iki ölkə liderlərinin Vladimir Putin və Rəcəb Tayyib Erdoğanın son illərdə həm dostluq əlaqələrinin yansımasından, həm də siyasi mövqelərindən irəli gələn Türkiyə-Rusiya əməkdaşlığı, istər Cənubi Qafqazda və istərsə də, dünyanın müxtəlif nöqtələrində regional problemlərin çözülməsində həlledici rol oynayıb.