Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana gəlib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan-Türkiyə Xarici İşlər nazirlikləri arasında keçirilməsi planlaşdırılan siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Bakıda səfərdə olan Berris Ekinci əvvəlcə Fəxri və Şəhidlər xiyabanlarını, həmçinin Türk şəhidliyini ziyarət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.