AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzində "Anım Günü" ilə əlaqədar tədbir keçirilib - Fotolar

  • + A
  • - A
  • 7-10-2021, 10:02


    Masallıda "44 günlük Vətən Müharibəsinin birinci ildönümü" ilə əlaqədar tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 6-da karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı rayon Heydər Əliyev Mərkəzi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ''44 günlük Vətən müharibəsinin birinci ildönümü" ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzi və Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edib.

    İlk əvvəl, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik hörmət və ehtiramla yad edilib.

    Mərkəzin direktoru Dilbər İbayeva qonaqları salamladıqdan sonra çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir Yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən zəfər yürüşü ilə Vətən müharibəsinin nəticəsi olaraq otuzillik işğala son qoyulub. Bununla da, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər tariximizə əbədi olaraq həkk olundu.

    Daha sonra Mərkəzin əməkdaşı Şəfa Xəlilova 44 günlük Vətən müharibəsinin gedişatı barədə məlumatları tədbirdə iştirak edənlərin nəzərinə çatdırıb. Tədbirin sonunda sərgiyə baxış keçirilib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR